Bakıda avtobus iki minik maşınını vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə ötən gün 16 radələrində Zərifə Əliyeva adına parkın qarşısında qeydə alınıb.

18 nömrəli marşrut xətti ilə hərəkət edən avtobus "Mercedes" və "KİA" markalı minik maşınlarına çırpılıb. 

Qəzada xəsarət olan olmasa da, maşınlar zədələnib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.