Ana-bala dəm qazından zəhərləndilər

Day.Az представляет новость на азербайджанском языке

Oktyabrın 22-də Bakıda 2 nəfər dəm qazından zəhərlənib.

Day.Az-ın lent.az-a istinadən məlumatına görə, Elşən İsmayılov küçəsindəki fərdi yaşayış evində yaşayan 2003-cü ildə anadan olmuş Abbasova İlahə Rövşən qızı və anası, 1984-cü il təvəllüdlü Abbasova Natavan yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.