Türk alimlərindən maraqlı ixtira

Türkiyənin Atatürk Universitetinin Su Məhsulları fakültəsinin alimi, həkim Qönçə Alak və onun işçi qrupu universitetdə istehsal olunan balıqların daha sağlam bir sellofonda qablaşdırılmasını istehsal etmək istərkən, yüksək zülal dəyəriylə bilinən "Kinoa" bitkisindən yeyilə bilən sellofan hazırlayıblar.

Milli.Az atv.az-a istinadən bildirir ki, Alak bununla bağlı mətbuata verdiyi açıqlamasında hazırladığı məhsulun xalqın çəkinmədən istifadə edə biləcəyini bildirib. O, əsas vətəni Cənubi Amerika olan, Türkiyədə də yetişdirilən, "Kinoa" bitkisini yeyilə bilən "biofilm" şəklinə  saldıqdan sonra sellofan halında istehsala başlacaqlarını qeyd edib.

Hələ ki, təcrübə prosesində olan məhsul deyilənə görə, qablaşdırılmış halda satılan qida məhsullarının ömrünün uzaldılmasına da kömək edəcək.