Türkiyəli məşhur müğənni Bakıya gələcək: "Sizə bir sürprizimiz var"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli bəstəkar-müğənni Sinan Akçıl ARB TV-nin "Türk şou-maqazin" verilişinə maraqlı açıqlamalar verib.

Milli.Az xəbər verir ki, sevilən ifaçı tezliklə Bakıya gələcəyini açıqlayıb: "Sonuncu dəfə Bakıda Aygün Kazımova ilə bərabər "İlin dueti" və "İlin sənətçisi" mükafatına layiq görülmüşdüm. O vaxtdan Bakıya gələ bilmirəm, amma tez zamanda gələcəm".

Tanınmış sənətçi Miri Yusiflə oxuyacağı duet haqda məlumat verib: "Sizə bir sürprizimiz var. Miri Yusiflə duetimiz və konsertimiz olacaq. Miri Yusifin Röya ilə oxuduğu "Səndən bir dənədir" mahnısını oxuyacağıq. Ona türkcə sözlər yazdım və bərabər oxuyacağıq".

Müğənni dünya ulduzu Pitbulla tanış olacağını açıqlayıb: "Gələn həftə Mayamiyə gedirəm. Orada Pitbulla tanış olacam və konsert verəcəm. Yeni mahnıma Mayamidə klip çəkəcəm".

Sənətçi digər yaradıcılıq işləri haqda da danışıb:

"Mustafa Ceceliyə 3, Demet Akalına iki mahnı yazmışam. Demetin albomu bir neçə gün sonra işıq üzü görəcək. Ajda Pekkan və Ebru Gündeşə də mahnılar hazırlamışam".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sinan Akçıl Pitbulla bir araya gələcək