Bu gün bu ərazilərdə qaz olmayacaq

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı şəhəri, Nərimanov rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

"Azəriqaz" İB-dən verilən məlumata görə, Nərimanov rayonu, Heydər Əliyev prospekti, Atletlər kəndi ilə Media şəhərciyinin yaxınlığında diametri 325 mm-lik orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar bu gün saat 09:00-dan 18:00-dək Heydər Əliyev, Nəriman Nərimanov, Aşıq Molla Cümə, Əhməd Rəcəbli, Təbriz Həsənoğlu, Qarabağ, Ceyhun Hacıbəyli küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.