Azərbaycanda icra nümayəndəliyinin binasında oğurluq

Day.Az представляет новость на азербайджанском языке

Oğuz rayonunda kənd icra nümayəndəliyinin binası qarət olunub.

Day.Az DİN-ə istinadən bildirir ki, Oğuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 22-də Qumlaq kənd icra nümayəndəliyinin inzibati binasından noutbuk, mikrofon və kamera oğurlamaqda, habelə Elçin Qasımova məxsus mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən rayon sakinləri Təbriz Abdurəhmanov və Rəhman Hümbətov tutulublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.