Çində edam olunan məmur xalqa borcunu belə qaytarır

Day.Az представляет новость на азербайджанском языке

Çində oğurluqda ittiham olunaraq ölüm cəzasına məhkum edilən məhbuslar boynunun arxasına güllə vurmaqla edam edilir. Amma bəzən qurbanı ölümcül iynə ilə həyatdan məhrum edilər. Hesab edilir ki, daha "humanist" metoddan istifadə edirlər.

Day.Az publika.az-a istinadən bildirir ki, daha sonra isə öldürülən məhbusun bədənini bütün orqanlardan azad edirlər. Həmin orqanlardan isə transplantasiya üçün istifadə olunur. Beləliklə, oğurluq üstündə tutulmuş məmur öz xalqına olan borcu qaytarmış olur.
Müasir mədəni cəmiyyətdə ölüm cəzası qanunsuzdur və yaxud da onu yalnız fövqəladə dərəcədə ağır cinayətlərə görə tətbiq edirlər. BMT-nin məlumatına görə, dünyanın təqribən 170 ölkəsində ölüm hökmü ya ləğv edilib, ya da heç zaman onu tətbiq etməyiblər.
Ancaq Çində ölüm cəzası kifayət qədər geniş tətbiq edilir. Rüşvətxorluq, vergidən yayınma, brakonyerlik (xüsusi halda, Amur pələnginin ovlanması) və başqa bu kimi cinayətlərin qarşılığı belə ölüm hökmüdür. Edam olunan məhbuslardan isə orqan ticarətində geniş istifadə olunur.

Videonu izləmək üçün şəklə klikləyin:

Edam olunan məmur xalqa borcunu belə qaytarır

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.