Azərbaycanda şirkətdən 2 ton alma oğurlandı

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycandan xaricə meyvə satan beynəlxalq şirkətdən oğurluq olub.

Day.Az report-a istinadən bildirir ki, DAD şirkətinin Quba rayonunda yerləşən alma bağından 2 ton alma oğurlanıb.

Şirkətin əməkdaşı Rasim Piriyev polisə müraciət edərək hadisə barədə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, DAD şirkəti Quba rayonunda yetişdirilən meyvələri xarici ölkələrə ixrac edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.