Mirhəsən Seyidov: "Bu mexanizmin işlək olması dövlətin marağındadır"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycan müstəqil siyasət yürüdən, böyük nüfuza malik və inkişaf etməkdə olan bir ölkədir. Hər bir demokratik ölkədə dövlətin göstəricilərindən biri də, vətəndaş cəmiyyəti institutlarıdır. Azərbaycanda demokratik dövlətin əsas göstəricilərindən sayılan vətəndaş cəmiyyəti institutlarının inkişaf səviyyəsi Avropa, yaxud hər hansı bir ölkənin müvafiq qurumlarından heç də aşağı deyil. Əksinə, bir sıra göstəricilərinə, məsələn, çoxtərəfli və əhatəli dövlət dəstəyinə görə, Azərbaycan bu sahədə bir çox inkişaf etmiş Avropa ölkələrini üstələyib. Bu isə ilk növbədə, dövlətin vətəndaş cəmiyyəti institutlarını yüksək səviyyədə formalaşdırmaq əzmindən irəli gəlir".

Milli.Az xəbər verir ki, bunu "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov bildirib.

M.Seyidov qeyd edib ki, prezident İlham Əliyevin 27 iyul 2007-ci il sərəncamı ilə təsdiqlənən və vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün yeni perspektivler açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul edilməsi Azərbaycan dövlətinin demokratik inkişaf yolunda irəliyə atılmış mühüm addımı kimi qiymətləndirilməlidir:  

"Yaxın günlərdə isə Prezident İlham Əliyev xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipinin tətbiqi haqqında fərman imzalayıb. Son illər ərzində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarına dövlət dəstəyinin, onların fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib. Bu cür qayğı nəticəsində qeyri-hökumət təşkilatları güclənib, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən proqramların, layihələrin hazırlanmasında və həyata keçirilməsində qeyri-hökümət təşkilatları üstünlük təşkil edir. Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini dəstəkləmək, xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunun asanlaşdırılmasını, bu sahədə şəffaflığı qorumaq və ayrılan maliyyə vəsaitlərinin məqsədyönlü istiqamətləndirilməsini təmin etmək məqsədilə 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə" prinsipi tətbiq ediləcək. Bu mexanizmin işlək vəziyyətdə olması birbaşa Azərbaycan dövlətinin marağındadır.

Ölkədə QHT-lərin fəaliyyətinin stimullaşdırılması üçün maddi, texniki və mənəvi dəstək göstərilir. Bundan başqa, vacib məsələlərdən biri də xarici platformalarda vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökümət təşkilatlarının təmsilçiliyidir. Bununla gənclər təşkilatları bir çox məsələlərdə yeni əlaqələrin qurulmasına, Azərbaycan həqiqətlərinin daha çox tanıdılmasına, inkişaf və tərəqqimiz haqqında olan informasiyaların daha tez zamanda dünya ictimaiyyətinə çatdırılmasına nail olacaq. Cənab Prezident tərəfindən bu diqqətin olması vətəndaş cəmiyyəti institutlarını daha çox peşəkarlaşma, beynəlxalq rəqabətə davamlı formada işləməyə sövq edəcək".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.