Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Astara Rayon Polis Şöbəsi əməkdaşları İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə narkotik maddəni ölkəmizə gətirib satmaq istəyən şəxsləri saxlayıb.

ARB TV xəbər verir ki, Astara şəhəri, Həzi Aslanov küçəsi 83 ünvanında yaşayan 60 yaşlıƏhliman İmanzadənin yaşadığı mənzilinə baxış keçirilib.

Mənzildən satış məqsədi ilə kibrit qutularına qablaşdırılan marixuana və 1 kq-dan artıq narkotik tərkibli maddə olan həşiş qətranı aşkar edilərək götürülüb. Eyni zamanda, həmin mənzildə üzərində heç bir qeydiyyat sənədi olmayan İran vətəndaşının olduğu müəyyənləşib.

Əməliyyat tədbirləri çərçivəsində Səməd Vurğun küçəsi 91 ünvanına da baxış keçirilib. Evin zirzəmisindən daha 2 kq 715 qram həşiş qətranı aşkar edilərək götürülüb. İstintaq tədbirləri nəticəsində İmanzadənin İran İslam Respublikası vətəndaşı olan 38 yaşlı Əkbər Şəfəqniyya ilə qabaqcadan əlbir olaraq dövlət sərhəddindən kənar, ümumi çəkisi 3 kq 751 qram çəkidə həşiş qətranını qaçaqmalçılıq yolu ilə, tamah məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycana narkotik keçirmək istəyən İran vətəndaşı saxlanıldı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.