"Mercedes" "07" ilə toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Bu gün saat 13:00 radələrində Şəkidə yol qəzası baş verib.

ARB Şəki xəbər verir ki, Şəki şəhər sakini Nəbiyev Fərhad Allahverdi oğlunun idarə etdiyi 99 FN 378 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə Qoxmuq kənd sakini Mahmudov Xanəli Rəsul oğlunun idarə etdiyi "VAZ  2107" markalı avtomobil toqquşub.

Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.