Xaçmaz-Xudat yolunda qəza:

Day.Az представляет новость на азербайджанском языке

---------
17:40

Bu gün səhər saatlarında Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, hadisə yolun 5-ci km-də qeydə alınıb.

Xudat istiqamətində hərəkətdə olan Xaçmazın Mşükül kənd sakini, 37 yaşlı Elşən Məmmədovun idarə etdiyi "VAZ 21011" markalı maşın yoldan çıxaraq aşıb.

Sürücü xəsarət alıb və dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

---------
10:37

Bu gün səhər saatlarında Xaçmaz-Xudat yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən bildirir ki, yolunun 5-ci km-də "Moskviç" markalı maşın yoldan çıxaraq aşıb.
 
Qəza nəticəsində xəsarət alan bir nəfər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəklə klikləyin:

Maşın aşdı: yaralı var

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.