İsti yay təsirsiz qalmadı - sürüşmələrin aktivləşməsinin daha bir səbəbi

Day.Az представляет новость на азербайджанском языке

Sürüşmələrin aktivləşməsinin əsas səbəblərindən biri də bu il yayın həddindən artıq isti keçməsi olub.

Day.Az bildirir ki, bunu Trend-ə Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

N.Paşayevin sözlərinə görə, yayda daha yüksək temperaturun müşahidə edildiyi ərazilərdə torpaqda çatlar yaranıb. Oktyabrda yağışların həddindən artıq yağması nəticəsində həmin çatlar su ilə dolub. Bu ərazilərdə gilli süxurlar yayıldığından bu amil də sürüşməyə səbəb olub.

N.Paşayev qeyd edib ki, sürüşməyə meyilli ərazilərdən otlaq sahəsi kimi normadan artıq istifadə də prosesin sürətlənməsinə səbəb olan amillərdəndir: "Heyvanların otlaması üçün təkcə otlaqlardan deyil, həm də meşə sahələrindən istifadə olunur. Bu səbəbdən də cavan ağaclar böyüyə bilmir. Digər tərəfdən, bölgələrin dağlıq əraziləri qazlaşdırılmayıb. Buna görə də ağaclar qırılır".

İnstitut rəsmisi deyib ki, sürüşmələr qazlaşdırılmayan ərazilərdə də çox baş verir.

N.Paşayev bildirib ki, sürüşmənin baş verdiyi yaşayış məntəqələrinin çoxluğuna görə ilk yeri Quba-Xaçmaz, sonrakı yeri isə Şamaxı-İsmayıllı iqtisadi rayonu tutur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.