İş yoldaşı onu işə saldı

Day.Az представляет новость на азербайджанском языке

İş yoldaşı onu işə saldı. Bank, kredit verərkən şəxsin öz nömrəsindən əlavə qohum və tanışlardan iki insanın da mobil nömrəsini tələb edir. Day.Az xezerxeber.com-a istinadən bildirir ki, Fəqani Əliyevin iş yoldaşı da onun özünə xəbər vermədən belə bir addım atıb. İndi isə götürdüyü kreditin aylıq ödənişini etmədiyindən bank, Fəqaniyə zəng etməyə başlayıb.

Bəs görəsən bank, şəxs krediti ödəmədiyi halda borcu Fəqani Əliyevdən tələb edə bilərmi?

Baxmayaraq ki, Fəqani Əliyevə nömrənin yalnız kredit götürən iş yoldaşının iştiraki əsasında silinəcəyi deyilib, amma əslində məsələ şəxsin şifahi müraciəti əsasında həll edilməlidir.

Mütəxəssislər hesab edir ki, zərərçəkən tərəf hətta ondan xəbərsiz nömrəni banka verən şəxsdən dəymiş mənəvi zərərə görə təzminat da tələb edə bilər.

Videonu izləmək üçün şəklə klikləyin:

İş yoldaşı onu işə saldı - İndi hər gün zəng gəlir

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.