Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan

Day.Az представляет новость на азербайджанском языке

Sosial şəbəkələrdə dələduzluğun yeni forması çıxıb. Açılan profilə xeyli sayda izləyici yığılır və sonra satışa çıxarılır. Vay o günə ki, səhifəni aldığın adam səni aldada və pulunu əlindən asanlıqla ala.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı sakini Yusif Baxşəliyev instagram səhifəsinin pulunu göndərəndən sonra satan adam həmin səhifənin parolunu Yusifə verməli idi. Amma əksinə olub.

Belə hadisə çoxlarının başına gələ bilər. Buna görədə məsələnin hüquqi tərəflərini bilmək vacibdir.

Hüquqşünas Asif Abdullayev deyir ki, adətən insanlar belə məsələləri ara söhbətləri ilə həll edirlər. Öz aralarında kobud şəkildə aydınlaşdırmaqdansa hüquqi müstəvidə həllinə üstünlük vermək lazımdır.

Gənc rəssam Ozal Lətifoğlunun başına isə bir qədər ferqlı hadisə gəlib. O sifarişlə şəkil çəkir. Amma bu dəfə qarşısına çıxan insane sosial şəbəkədə ona sifariş versə də, indi şəkillərə yiyə çıxmaq istəmir.

Ozal deyir ki, bu şəkillərin çəkilməsinə vaxt, enerji sərf edib. Kağız və boyaya pul xərcləyib. Hüquqşunas bu məsələyə də aydınlıq gətirir.

Videonu izləmək üçün şəklə klikləyin:

Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan - EHTİYATLI OLUN!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.