"İki ailə"nin balaca ulduzları 10 il sonra "Kösəm Sultan"da

Day.Az представляет новость на азербайджанском языке

2006-cı ildə başlayan "İki ailə" serialının balaca ulduzları Doğaç Yıldız və Ece Çeşmioğlu 10 il sonra yenidən bir araya gəliblər.

Day.Az axşam.az-a istinadən bildirir ki, onlar "Möhtəşəm yüz il: Kösəm Sultan"ın yeni mövsümündə yer alacaqlar.

"Bağdad Fatehi" IV Muradın dövründən bəhs edəcən mövsümdə Kösəm Sultanın övladlarını canlandıracaqlar. D.Yıldız "Şahzadə Kasım", E.Çeşmioğlu isə "Atike Sultan" rolunda çəkiləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.