Türkiyə əhalisi təhlükədə - İŞİD zəhərli maddə zavodunu partlatdı

Day.Az представляет новость на азербайджанском языке

İŞİD İraqın Mosul şəhərində kükürd istehsalı zavoduna hücum edib.

Misiyya.Az Türkiyə mətbuatına istinadən verilən məlumata görə, hücum nəticəsində güclü partlayış baş verib. Havaya külli miqdara zəhərli qaz qalxıb.

Güclü külək səbəbi ilə zəhərli qaz Türkiyə sərhəddinə qədər gəlib çatıb. Mütəxəssislərin Mardin və Şırnak arasında yağan yağışın zəhərli ola biləcəyi ilə bağlı məlumat yayıblar. Hazırda adıçəkilən şəhərlərdə yağış yağmağa başlayıb.

Zəhərli qazın ən çox bitki örtüyünə ziyan vuracağı bildirilir. Məlumata görə, zəhərli qazın 7 gün havada qalacağı bildirilir.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətubata açıqlamasında bildirmişdi ki, əgər ölkəsinə və vətəndaşlarına İŞİD terrorçuları tərəfindən təhlükə yaranarsa Mosulda quru əməliyyatlara başlanılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.