Cəlilabadda su bəndi dağıldı, Ələt-Astara magistral yolu bağlandı

Day.Az представляет новость на азербайджанском языке.

---------
20:08

Ələt-Astara avtomobil yolunun bir hissəsində hərəkət dayandırılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 127,2-ci km-də Alar qəsəbəsini sel sularının basması təhlükəsi yarandığından yolun hərəkət hissəsinin qazılmasına zərurət yaranıb. Bu səbəbdən həmin ərazidə nəqliyyat vasitələrinin alternativ olaraq istiqaməti dəyişdirilib.

Belə ki, hər iki istiqamətə gedən mink avtomobilləri Üçtəpə-Ocaqlı kənd yollarından keçməklə hərəkətlərini davam etdirə bilirlər, lakin bütün növ yük avtomobillərinin qeyd olunan istiqamətlər üzrə hərəkəti müvəqqəti olaraq dayandırılıb.

----------
18:29

Cəlilabad rayonunda su bəndi dağılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, son günlər aramsız yağan yağışlar rayon ərazisindəki bəzi göllərin səviyyəsini qaldırıb.

Yerli sakinlərin sözlərinə görə, rayonun Cəfərxanlı kəndi ərazisindəki belə göllərdən birinin səviyyəsi maksimum həddə çatdığından bənd yarılıb.

Gölün suyu İncəçay vasitəsi ilə axıdıldığından rayonun Alar kəndi üçün də təhlükə yaranıb. Əraziyə texnika və canlı qüvvə cəlb edilib. Yerli sakinlərin verdiyi məlumata görə, suyu ötürməkdən ötrü Ələt-Astara magistral yolu bağlanılıb. Nəqliyyat vasitələri alternativ yoldan istifadə edir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hadisə yerindədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.