Bakıda iki avtobus toqquşdu: yaralananlar var

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində iki avtobusun iştirakı ilə yol qəzası baş verib.

Milli.Az salamnews-a istinadən bildirir ki, qəza Əhməd Mehbalıyev küçəsində qeydə alınıb. Hadisə nəticəsində təlafat qeydə alınmayıb, lakin bir neçə sərnişin yüngül xəsarat alıb.

Hadisə yerinə yol polisi əməkdaşları gəliblər.

Qəzanın baş vermə səbəbləri araşdılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.