100 manatlıq motosikletə 700 manatlıq cərimə yazıldı

Day.Az представляет новость на азербайджанском языке

Maddi dəyəri 100 manat olan motosikletə 700 manat cərimə yazılıb. Day.Az xezerxeber.com-a istinadən bildirir ki, hadisə Qusar rayonunda baş verib. Üstəlik motosikletlərin dövlət qeydiyyat nişanı da yoxdur

İndi motosikletin sahibi çıxılmaz vəziyyətdə qalıb. O, həm də motosikletin maddi dəyəri cərimədən dəfələrlə ucuz olduğu üçün minik vasitəsindən imtina etmək istəyir.

Bəs görəsən cəriməsi öz qiymətindən baha olan avtomobildən cəriməni ödəməmək üçün imtina etmək nə dərəcədə düzgündüz? Qanun bu məsələdə nə deyir?

Ekspertlərin bu məsələyə münasibəti birmənalıdır. Ərşad Hüseynov deyir ki, yol hərəkəti haqqında qanunda minik vasitəsinin texniki göstəriciləri heç bir əhəmiyyət daşımır.

Əgər motosiklet sahibi həqiqətən dəfələrlə qaydaları pozubsa, mütləq qeyd edilən məbləği ödəməlidir.

Videonu izləmək üçün şəklə klikləyin:

100 manatlıq motosikletə 700 manatlıq cərimə yazıldı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.