Gəncədə zəncirvari qəza

Day.Az представляет новость на азербайджанском языке

Gəncədə 4 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, 1975-ci il təvəllüdlü Cabir Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında dayanan "Mercedes", VAZ 21015 və NAZ Lifan markalı avtomobillərə çırpılıb.
 
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Qəzanı törədən sürücü hadisənin avtomobildə olan texniki problem səbəbindən baş verdiyini deyib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.