3 yaşlı qızının kosmetikasına 5 min xərcləyir

Day.Az представляет новость на азербайджанском языке

İngiltərə Sami Buşel adlı 3 yaşlı qızı Helli Meinin geyiminə və makiyajına aylıq 5-6 min dollar xərcləyir.

Day.Az axşam.az-a istinadən bildirir ki, gənc ana qızını sosial şəbəkədə bir gözəllik yarışmasına qataraq onu "şahzadələr kimi" geyndirir, saç ustasına aparır, xüsusi sifarişlə parik alır, yüngülcə makiyaj edir.

Sami bunun "məsum əyləncə" olduğunu və qızını "kiçik gözəllik şahzadəsi" edəcəyini deyib. Mütəxəssislər isə uşaqların kosmetikadan istifadəsini təhlükəli saydıqları üçün ananı sərt tənqid ediblər. S.Buşel tənqidlərə də cavab verib:

"Qızımı heç nəyə məcbur etmirəm. İstəməsə, onu səhnəyə çıxarmaram".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.