Nazir: "Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini hər zaman dəstəkləyir"

30 ноября 2016 09:37

Day.Az представляет новость на азербайджанском языке

"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli tənzimlənməsində Azərbaycanın mövqeyini dəstəkləyir".

Day.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir.

Nazir əlavə edib: "Bu prinsipə əsaslanaraq, Ankara və Bakı arasında strateji əlaqələr mövcuddur və inkişaf edir".

Türkiyə və Azərbaycanın bütün beynəlxalq platformalarda hər zaman bir-birini dəstəklədiyini deyən nazir qeyd edib ki, bu fakt Ankaranı sevindirir.

Ə.Arslan qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksələn templə inkişaf edəcək: "Bu, bizim dövlətlərimiz və xalqlarımız üçün vacibdir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.