Bu ölkədə qəribə toy adət-ənənəsi var - FOTOLAR

30 ноября 2016 09:43

Day.Az представляет новость на азербайджанском языке

Çeçenistan Respublikası toy mərasimləri ilə diqqət çəkən ölkələrdən biridir.

Axşam.az xarici KİV-ə istinadən bu ölkədəki toy adət-ənənəsi barədə məlumat verir.
 
Toy günü gəlin çox gözəl bəzənir. Bu işdə ona rəfiqələri kömək edir. O, öz otağında oğlan evinin gəlişini gözləyir. Qonaqlar gəldikdən sonra gəlin şadlıq sarayına aparılır. Adətə görə, onunla saraya qız evindən heç kim gedə bilməz. 

Gəlini restoranda ona ayrılmış yerdə ayaq üstə saxlayırlar. Oğlan evininin icazəsi olmadan o, nə otura, nə də danışa bilər. 

Gələn qonaqlara su verən gəlin onlara can sağlığı arzulamalıdır. Bəy gəlinə yaxın buraxılmır. O, həyat yoldaşını kənardan izləyir. 

Mərasim bitdikdən sonra aşayacağı evə qədəm qoyan gəlinin qucağına dərhal oğlan uşağı verirlər ki, onun da çoxlu oğlu olsun. 

Adətə görə, 3 gündən sonra qız evinin ağsaqqalları oğlan evinə gəlir və cütlüyə xeyir-dua verirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.