Stiv Martin: "67 yaşında ata olmaq daha yaxşıdır"

30 ноября 2016 10:10

Day.Az представляет новость на азербайджанском языке

Komediya aktyoru Stiv Martin ilk dəfə 67 yaşında ata olması barədə danışıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, jurnalistlərə müsahibə verən aktyor bu yaşda ata olmaqdan məmnunluğunu bildirib.

"Bəzi adamlar deyirlər ki, gec yaşda ata olmuşam. Amma mən razı detiləm. Bu, əsl ata olmaq üçün yaşdır. Çünki artıq işləmirəm, karyera qurmaq barədə fikirləşmirəm. Hər şeyim var. İndi bütün vaxtımı evimə və qızıma sərf edirəm", - deyə Stiv vurğulayıb.

Martinin dostları da onun gözəl ata və həyat yoldaşı olduğunu söyləyiblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.