2 yaşlı uşaq qaynar qazanda yandı

30 ноября 2016 10:24

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda 2 yaşlı uşaq yanıb.

Day.Az APA-ya istinadən bildirir ki, hadisə Füzuli rayonunda qeydə alınıb. Rayona qonaq gedən Bakı şəhər sakini, 2014-cü il təvəllüdlü Surxay Rövşən oğlu Hüseynov qaynar qazanın içinə yıxılıb.

Nəticədə, ağır yanıq xəsarətləri alan azyaşlı təcilli olaraq Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.