Türkiyə ordusundan PKK-ya daha bir zərbə

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə Silahlı Qüvvələri (SQ) 28-29 noyabr tarixlərində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Trend-in Türkiyə SQ Baş Qərargahına istinadən verdiyi məlumata görə, əməliyyatın gedişində 10 terrorçu zərərsizləşdirilib.

Cudi dağı bölgəsində aparılan əməliyyatlar zamanı son bir həftədə məhv edilən terrorçuların 14-ə çatdığı bildirilir.

Bundan başqa, xeyli silah-sursat ələ keçirilib.

Əməliyyata Hərbi Hava Qüvvələri də dəstək verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.