Hülya Avşar 1 milyona "hə" dedi

30 ноября 2016 10:48

Day.Az представляет новость на азербайджанском языке

33 ildir maqazin dünyasının içində olan 53 yaşlı Hülya Avşar 9 aydır uzaqlaşdığı televiziyaya qayıdır.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Hülya Avşar, "Star TV" ilə 1 illiyinə 1 milyon lirə qarşılığında razılığa gəlib.

Şənbə axşamları məşhur simaları qonaq çağıran Avşar tok-şou aparacaq.

Qeyd edək ki, Hülya Avşarın verilişi gələn ilin yanvarından başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.