Bakıda "avtoş"luq edən sürücünün ölüm xəbəri yayıldı - VİDEO

30 ноября 2016 11:18

Day.Az представляет новость на азербайджанском языке

Bakıda "Beşmərtəbə"dəki dairəvi yolda "avtoş"ların görüntüsü qeydə alınıb.

Day.Az avtosfer.az-a istinadən xəbər verir ki, "Lada "Priora" markalı avtomobil axşam saatlarında yolda driftlər edərək əsl şou göstərib. Avtomobillərin hərəkətinə mane olan "avtoş" hətta qəza vəziyyəti yaradıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, həmin görüntülər araşdırılıb və bir neçə il əvvələ aid olduğu müəyyən edilib. Avtoxuliqanllq edən sürücünün də həmin vaxt inzibati məsuliyyətə cəlb olunduğu bildirilir.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücü bir müddət əvvəl yol qəzasına düşərək ölüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: