Esra "azərbaycanlı mafiya başçısı" oldu

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli aparıcı və akrtisa Esra Sönmezer "Oldumu şimdi" filmi ilə tamaşaçıların görüşünə gələcək. 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa ekran işində Azərbaycanlı mafiya başçısını canlandırıb. Hər zaman gülər üzü ilə diqqət çəkən Esra bu dəfə sərt xarakterli biri kimi görünəcək. 

Rejissorluğunu Kenan Öztürkün etdiyi filmdə rejissor Kənan M.M.-də rol alıb. 

Sönmezler çəkiliş boyunca ac qaldığını deyib. "Çəkiliş məkanına ac gəldim. Dəli bir mafiya başçısını oynadım" deyə, Esra söyləyib. 

"Oldumu şimdi" dekabrın 16-da Türkiyədə təqdim olunacaq.

Qeyd edək ki, son günlər Esranın İbrahim Tatlısəsin oğlu İdo ilə eşq yaşadığı deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.