Almaniyalı hücumçu: "Azərbaycana qarşı oynamaq asan olmayacaq"

Day.Az представляет новость на азербайджанском языке

"Fikrimcə, yaxşı qrupa düşmüşük. Bu qrupdan çıxa bilərik". 

Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin voleybolçusu Luiza Lippmann deyib.
 
22 yaşlı hücumçu Avropa çempionatının püşkü ilə bağlı açıqlama verib. "Dresdner"in şərəfini qoruyan oyunçu bildirib ki, Azərbaycan, Polşa və Macarıstanla A qrupuna düşmələri növbəti mərhələyə lider kimi yüksəlmələri ilə nəticələnəcək:

"Əgər biz çempionata yaxşı hazırlaşsaq, bunun öhdəsindən gəlmək gücündəyik. Əlbəttə, Azərbaycana qarşı oynamaq asan olmayacaq. Polşa yığması isə Olimpiya Oyunlarından sonra heyətini yenidən qurur. Macarıstan yığması haqda isə ümumiyyətlə heç nə bilmirəm".
 
Qeyd edək ki, Avro-2017-yə Azərbaycan və Gürcüstan ev sahibliyi edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.