Yevlaxda partlayış: xəsarət alan var

30 ноября 2016 12:28

Day.Az представляет новость на азербайджанском языке

Yevlaxda evdə partlayış olub.

Day.Az DİN-ə istinadən xəbər verir ki, noyabrın 29-da saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Vəzirxan Novruzovun evində təbii qazın sızmasından ani partlayış baş verib.

Dağıntı olmayıb, yanıq xəsarəti almış V.Novruzovun qohumu Nicat İsmayılov xəstəxanaya yerləşdirilb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.