Dardanel boğazında neft tankerləri toqquşdu

Day.Az представляет новость на азербайджанском языке

Dardanel boğazında iki neft tankeri toqquşub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tankerlərdən biri - Türkiyə bayrağı altında üzən, yükü 140 min ton olan "Beşiktaş Bosphorus" Novorossiysk limanından İtaliyanın Triest limanına hərəkət edib.

Baham adalarının bayrağı altında üzən, yükü 4700 ton neft olan digər tanker - "Chryssi" isə Rusiyanın Qafqaz limanından Vallettaya gedirmiş.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.