Rusiya gəmisi ələ keçirildi

Day.Az представляет новость на азербайджанском языке

Naməlum silahlılar Atlantik okeanında göyərtəsində Rusiya və Ukrayna vətəndaşlarının olduğu gəmiyə hücum ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, hadisə Benin sahillərində baş verib: "Benin hökuməti hələlik faktı təsdiq etməyib. İlkin ehtimallara görə, gəmi piratların və ya dəniz quldurlarının hücumuna məruz qalıb. Benin hökumətindən məsələ ilə bağlı açıqlama gözləyirik. 2015-ci ildə də oxşar hadisə baş vermişdi. Ümumiyyətlə, Qvineya körfəzində bu kimi hadisələr tez-tez olur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.