Yasamalda qəza törədib dayanan "Mercedes"ə "Reno" çırpıldı - VİDEO - FOTOLAR

30 ноября 2016 15:42

Day.Az представляет новость на азербайджанском языке

Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, qəza Moskva prospektində yerləşən körpüdə qeydə alınıb.

Şəhər istiqamətində hərəkətdə olan Nicat adlı sürücünün idarə etdiyi "Reno" markalı avtomobil qarşısında olan "Mercedes" markalı avtomobilə çırpılıb. 

Xəsrət alan "Reno"nun sürücüsü və sərnişini təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, "Mercedes" hadisə zamanı yol kənarında hərəkətsiz vəziyyətdə dayanıb. 

Belə ki, qəzadan bir neçə saat əvvəl həmin avtomobilə başqa maşın arxadan çırpılıb. Sürücü isə avtomobili körpünün üzərində saxlayaraq gedib və yol kənarına heç bir xəbərdaredici nişan qoymayıb. 

Qəzanın dəqiq baş vermə səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Qəza törədib dayanan