Türkiyədə erməni terroçularına qoyulan abidə söküləcək

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Tuncəli Valiliyi Aşağıdoluca kəndində erməni terrorçularının adını əbədiləşdirən abidənin sökülməsi ilə bağlı qərar qəbul edib.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Abidənin nə vaxt söküləcəyi açıqlanmayıb.

Xatırladaq ki, üzərində ""Erməni soyqırımı"nı lənətləyirik. Armenak Bakırcıyanı və Hrantı anırıq. 100-cü ilində "erməni soyqırımı" davam edir" sözləri yazılmış abidənin açılışı bu il aprelin 26-da olub.

Mərasimə Fransa və Yunanıstandan erməni diasporu nümayəndələri qatılıblar.

Abidənin üzərində ASALA terror təşkilatının üzvlərindən və radikal erməni millətçilərindən olmuş Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqıırmlar törətmiş Monte Melkonyanın adı da var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.