Xalq artisti: "Türkiyədə çox qala bilmirəm"

Day.Az представляет новость на азербайджанском языке

Xalq artisti Brilliant Dadaşova klassik mahnıları yeni aranjimanda təqdim etməyinin səbəbini açıqlayıb. 

Day.Az axşam.az-a istinadən bildirir ki, "Asan radio"ya qonaq olan müğənni bildirib ki, hər kəsə uşaqlıq illərini yenidən yaşatmaq istəyir:

"İşlərimlə əlaqədar Türkiyədə çox qala bilmirəm. İki ölkə arasında gəlib-gedirəm. Əvvəl türk mahnılarını bu qədər asan oxuya bilmirdik. İndi istədiyimiz bəstəni rahat əldə edirik. Uşaqlığı özümə və dinləyicilərə yenidən yaşatmaq üçün klassik mahnılar oxuyuram. Onları yeni üslubda dinləyicilərə təqdim edirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.