Bakıda qadın polis qəza törətdi: yaralılar var

30 ноября 2016 16:19

Day.Az представляет новость на азербайджанском языке

Bakının Qaradağ rayonunda qadın polis idarə etdiyi avtomobillə qəza törədib.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Səngəçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Abdullayeva Mətanət Çapay qızı idarə etdiyi "Nissan" markalı avtomobili aşırıb. Nəticədə sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb.

Xəsarət alanlar 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan ikisi ilkin yardım göstərildikdən sonra evə buraxılıb. M.Abdullayevanın vəziyyəti isə ağırdır.

Qeyd edək ki, M.Abdullayeva Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşıdır. Digər xəsarət alan iki nəfərin də M.Abdullayevanın iş yoldaşı olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.