20 yaşlı Rusiya çempionu sevdiyi qıza görə intihar etdi

30 ноября 2016 17:56

Day.Az представляет новость на азербайджанском языке

Stend atıcılığı üzrə gənclər arasında Rusiya çempionu, 20 yaşlı Vladislav Loşakov Moskvada intihar edib.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, onun meyiti paytaxtdakı "Kuzminka" parkında aşkar olunub.

O, özünə qəsd etməmişdən öncə məktub yazıb. 

Ehtimala görə, idmançı sevdiyi qızın ayrılığına dözə bilmədiyindən özünü öldürüb.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, Loşakov məktubunda yaşamaqdan bezdiyini yazıb.

Vladislavın stend atıcılığı ilə məşğul olan Aleksandra adlı qızla görüşdüyü müəyyənləşdirilib. 

Məlum olub ki, faciədən bir neçə gün əvvəl qız ondan ayrılmaq istəyib. Müstəntiq ehtimal edir ki, idmançı bu səbəbdən canına qıyıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.