H vitamini hansı qidalarda mövcuddur?

30 ноября 2016 18:40

Day.Az представляет новость на азербайджанском языке

B7 vitamini və ya H vitaminin digər bir adı biotindir.

Day.Az deyerler.org-a istinadən xəbər verir ki, suda həllolunan vitaminlər kateqoriyasında aid olan biotin orqanizmdə toplanmır. Əsasәn digər B vitaminləri kimi bədənə enerji verir, ərzaqlar yolu ilə alınan yağ və karbohidratların sintezində istifadə edilir. Bundan başqa, mərkəzi sinir sisteminin işləməsinə yardımçı olur.

Biotin çatışmazlığında nevroloji xəstəliklər, inkişaf problemləri, saç və dəri problemləri görülə bilər.

Biotin çatışmazlığında, enerji azlığı səbəbindən əzələ ağrıları, halsızlıq müşahidə olunur.

İndi isə, gəlin H vitamini ilə zəngin olan qidalar ilə tanış olaq:

Qurudulmuş zəncəfil

Qurudulmuş cəfəri

Qəhvəyi şəkər

Balqabaq tumu

Şirin kartof

Ağ göbələk

Buğda unu

Qara çay

İstiot

Mərci

Cəfəri

Yaşıl noxud

Gül kələmi

Yaş qruplarına görə qəbul edilməsi lazım olan biotin miqdarı:

0-6 ay arası: 5 mikroqram

6-12 ay arası: 6 mikroqram

1-3 yaş arası: 8 mikroqram

4-8 yaş arası: 12 mikroqram

9-13 yaş arası: 20 mikroqram

14-18 yaş arası: 25 mikroqram

19 yaş vә yuxarı: 30 mikroqram

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.