Uşaqlarınızı "rəqəmsal heroin"dən qoruyun!

Day.Az представляет новость на азербайджанском языке

İngiltərədə aparılan bir araşdırmaya əsasən, uşaqlar gündə ən az 5 saat vaxtlarını ekran qarşısında keçir. Amerikalı psixoterapevt doktor Nikolas Kardaras ekran asılılığını "rəqəmsal heroin" kimi qiymətləndirir.

Deyerler.org Hurriyet-ə istinadən xəbər verir ki, uşaqların son texnologiya məhsullarına sərf etdiyi vaxt son illərdə psixoloqların və uşaq inkişafı mütəxəssislərinin daha çox səy sərf etdiyi bir mövzuya çevrilib. Mütəxəssislər ekran qarşısında çox vaxt keçirən uşaqların həddindən artıq çəki almaq, yuxusuzluq və inkişaf qüsurları üzləşə biləcəyi barədə xəbərdarlıq edir.

İngiltərə Mediasına Nəzarət Qurumu olan Ofcom-un son araşdırmasına əsasən, İngiltərədə 5 yaşından aşağı uşaqların üçdə biri smartfona və ya planşetə malikdir. Orta hesabla bu uşaqlar gündə ən az 5 saat bu cihazlarla və ya televizorla vaxt keçirir.

Pedaqoqlar, psixoterapevtlər isə bu müddətin 1 saatı keçməməsi barədə xəbərdarlıq edir. ABŞ-ın aparıcı psixoterapevti doktor Nikolas Kardaras, ekran asılılığını "rəqəmsal heroin" kimi təsvir edir: "Bəziləri məni bədağız olmaqda ittiham edir. Ancaq metamfetamin asılılığı olan insanları müalicə etdim. Sizə deyə bilərəm ki, rəqəmsal asılılığı keçmək daha çətindir. Qanunsuz narkotiklərdən fәrqli olaraq, ekranlar hər yerdə var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.