Futbolçu yas içində - əkiz uşaqları öldü

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin futbol klublarından birində forma geyən oyunçu Leonard Kveuke ağır itki ilə üzləşib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Çaykur Rizespor" komandasında oynayan Leonardın 8 aylıq hamilə xanımı ABŞ-da qəza keçirib. Hadisə zamanı onun bətnindəki əkiz uşaqlar tələf olub. 

Viza məsələlərinə görə ABŞ-a, xanımının yanına gedə bilməyən Leonard onu Türkiyəyə gətirməyə hazırlaşır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.