"Yolda adam varsa, nə etməliyəm?" - Reyddə gərginlik - VİDEO

30 ноября 2016 20:12

Day.Az представляет новость на азербайджанском языке

Səhər saatlarından başlayaraq, Şəkinin Olimpiya meydanı adlanan ərazidə reyd keçirilib.

Milli.Az ARB Şəki-yə xəbər verir ki, yoxlamalarda məqsəd qanunsuz sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı mübarizə aparmaq olub.

Reyd zamanı bir sıra maraqlı faktlar aşkarlanıb. Yoxlamalar nəticəsində fərqlənmə nişanı olmadan texniki, tibbi müayinədən keçməyən və vergi ödəməkdən yayınan 20-yə yaxın sürücüyə qarşı inzibati qaydada protokol tərtib edilib.

Qanunsuz sərnişindaşıma ilə məşğul olan bir neçə nəfərin avtomobili cərimə meydançasına aparılıb.

Sürücü: "Bir yol ilə gəlirəm. Başqa yerdə də saxlamıram. Yolda adam varsa nə etməliyəm? Boşda gəlirəm".

Qanunsuz yük və sərnişindaşıma fəalliyyəti ilə məşğul olan sürücülərə qarşı bu cür reydlərin davam etdirilməsi gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.