"Heç kim ödəmir, mən də ödəmirəm" - Reyddə gərginlik - VİDEO - FOTO

30 ноября 2016 21:12

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Şamaxıda da dövlət avtomobil nəqliyyatı xidməti reyd təşkil edib.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, qanunsuz şəkildə sərnişindaşıma ilə məşğul olan sürücülər cəzalandırılıb.

Reyddə 50 sürücü haqqında qanuni tədbir görülüb. Bəzi avtomobillər dayanacağa aparılıb, bəziləri yerindəcə cərimələnib.

Bəzi sürücülər reydi işıqlandıran çəkiliş qrupuna hücum çəkib.

Sürücü: "Heç kim ödəmir, mən də ödəmirəm. Çəkilişi də saxlayın".

Qanunsuz şəkildə avtomobil idarə edənlər çəkilişə mane olmağa çalışıblar. Reyd zamanı "Saxla!" əmrinə riayət etməyənlər də olub.

Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.