İrina Şeyk dəfiləyə bu halda çıxdı - FOTOLAR

1 декабря 2016 10:21

Day.Az представляет новость на азербайджанском языке

Dünən məşhur alt paltarı brendi "Vistorias Secret"-in dəfiləsi keçirilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir ki, hamilə olduğunu gizli saxlayan İrina Şeykin podima çıxması gecənin əsas sürprizi olub.

Məlum olub ki, 30 yaşlı super modellə 41 yaşlı sevgilisi Bredli Kuper velideyn olmağa hazırlaşır. Qeyd edək ki, bu, hər iki məşhurun ilk övladı olacaq. Cütlüyə yaxın mənbələr də bu xəbəri təsdiqləyib. Lakin ulduzlar bu barədə şərh verməkdən qəti sürətdə imtina edir. Bununla belə rusiyalı model dünənki dəfilədə çıxış etməyə razılıq verib. Brendin təşkilatçıları modelin qarnını plaş vasitəsi ilə gizləməyə çalışsa da, İrinanın hamilə olduğu açıq-aydın bəlli olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.