Gömrükdə 10 minə yaxın qaçaqmal siqaret müsadirə olundu - FOTOLAR

1 декабря 2016 10:37

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda siqaret keçirilməsinin qarşısı alınıb.

Day.Az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, hadisə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında baş verib. Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 9600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.