Sürücülərə ŞAD XƏBƏR - FOTOLAR

1 декабря 2016 10:40

Day.Az представляет новость на азербайджанском языке

Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsində təmir işləri aparılaraq yekunlaşdırılıb.

Day.Az-ın "Azəravtoyol" ASC-nin saytına istinadən məlumatına görə, təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılıb. Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min m2-dən çox sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib.

1500 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb. İşlər tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla "Azəravtoyol" ASC-nin rəhbərliyinin nəzarəti altında həyata keçirilib. Qeyd edək ki, Cəfər Xəndan küçəsində təmir işləri Bakı şəhərində avtonəqliyyat vasitələrini və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.