Səlim Müslümov pensiyaların artımından danışdı - YENILƏNIB

1 декабря 2016 14:36

Day.Az представляет новость на азербайджанском языке

---------
14:36

"2017-ci ilin dövlət büdcəsində təqaüd, pensiya və sosial müavinətlər üçün ayrılan vəsaitdə 12.6 faiz artım proqnozlaşdırılır. Şəhid olanların uşaqlarına verilən müavinətlər isə 2.9 faiz artırılıb".

Day.Az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.

Deputat bildirib ki, bütün bunlar dövlət başçısının vətəndaşlara qayğısı və onlara göstərilən xüsusi diqqətin göstəricisidir:

"Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsində sosial məsələlərə 1.8 faiz artıq vəsait ayrılıb ki, bu da təqribən 2 milyard 53 milyon manat təşkil edir.

Gələn il pensiya, sosial müavinətlərin, təqaüdlərin, ünvanlı sosial yardımların, həmçinin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqlarının artırılması üçün 2017-ci ilin büdcəsində 436 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".

---------
11:22

Səlim Müslümov: "Əlilliyi olan şəxslərin sosial müdafiəsi və reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası yönündə tədbirlər qarşıdakı dövrdə daha da gücləndiriləcək"

"Pensiyaların orta aylıq məbləği 2003-2015-ci illərdə 10,3 dəfədən çox, 2016-cı ilin 9 ayında isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artıb. Eyni zamanda, son on ildə sosial müavinətlərin orta aylıq məbləğində 3 dəfəyə yaxın, müharibə əlillərinə 2008-ci ildən ödənilən prezident təqaüdlərinin məbləğində iki dəfədən çox artım qeydə alınıb".

Day.Az-ın nazirliyin saytına istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov deyib. Əlilliyi olan şəxslərin VII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi qaliblərinin iştirakı ilə keçirilən konsertdə çıxış edən nazir bildirib ki, əlilliyi olan şəxslərin bir hissəsi də müharibə əlilləridir: "Bu vaxta qədər nazirlik tərəfindən 5500 nəfərə yaxın şəxs mənzillə təmin edilib ki, onlardan 4,1 min nəfəri müharibə əlilləri, habelə gözdən əlillər olub.

Eləcə də ötən dövrdə nazirliyin xətti ilə 5,9 min nəfərə qədər müharibə əlili və onlara bərabər tutulan şəxsin avtomobillə təminatı həyata keçirilib".

Nazir bildirib ki, bu gün ölkədə əlilliyi olan şəxslərlə bağlı aparılan işlər BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasından irəli gələn öhdəliklərin icrası sahəsində Azərbaycanda fəal və məqsədyönlü siyasətin həyata keçirildiyini deməyə əsas verir: "Təsadüfi deyil ki, həmin Konvensiyanın icrası ilə bağlı Azərbaycan hökumətinin təqdim etdiyi hesabat, habelə ölkədə əlilliyi olan şəxslərə dair qanunvericiliyin həmin Konvensiyanın prinsipləri əsasında təkmilləşdirilməsi istiqamətində aparılan işlər BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında müsbət dəyərləndirilib".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.