“Facebook” istifadəçilərinə çoxdan gözlənilən YENİLİK GƏLDİ

1 декабря 2016 11:44

Day.Az представляет новость на азербайджанском языке

"Facebook" istifadəçiləri mesajlaşdıqları şəxslərlə oyun oynaya biləcək.

Publika.az xəbər verir ki, sosial şəbəkənin mesajlaşma əlavəsi olan "Messenger"də oyun oynamaq özəlliyi tətbiq edilib. Bu yenilikdən sonra istifadəçilər birlikdə oyun oynaya biləcək.

Belə ki, istifadəçi oyun oynamaq istədiyi dostuna təklif göndərəcək. Mesaj menyusunun qeympadındakı ikonlara vurmaqla açılır. İstifadəçi təqdim olunan siyahıdan istədiyi oyunu seçə bilər. Oyun nəticələrini sosial şəbəkədə paylaşmaq da mümkündür.

"Facebook" rəsmiləri bu yeniliyin istifadəçilərin marağına səbəb ola biləcəyini düşünür. Bu həm də sosial şəbəkə istifadəçilərinin aktivliyini də artıracaq.

Hələ ki, oyun bölümünə "Pacman", "Arkanoid" və "Space Invaders" kimi oyunlar əlavə edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.