Mədəndə çökmə baş verməsinə baxmayaraq 17 il sonra sağ tapılıb - FOTOLAR

1 декабря 2016 11:53

Day.Az представляет новость на азербайджанском языке

Nə qədər dəhşətli olsa da, kişi rasionuna siçan əti və mamırları da əlavə edib

Day.Az interaztv.com-a istinadən bildirir ki, dünya mətbuatında 17 il yer altında sağ qalan insanın 2014-cü ildə xilas edildiyi barədə məlumat geniş yayılıb.

Çinin Sintszyan əyalətində 1997-ci ildə baş verən 7.8 maqnitudalı zəlzələ nəticəsində mədən tunellərinin böyük hissəsi çöküb. 118 nəfər dağıntılar altında qalaraq ölüb və bundan sonra mədəni uzun müddət bağlı saxlayıblar.

17 il sonra hasilatı bərpa etməyə qərar verilir. Bu zaman köhnə mədəndə sağ qalmış insanın aşkarlanması hər kəsi heyrətə gətirib.

Bu, 59 yaşlı Çan Vey olub. Onun vəziyyəti olduqca ağır qiymətləndirilib və bu səbəbdən fiziki, psixi vəziyyətinin dəyərləndirilməsi üçün klinikaya çatdırılıb. Şəxsin sağ qalmasına səbəb isə havalandıra kanalının zədələnməməsi və qəza şəraiti üçün düyü və su ehtiyatının qalması olub.

Nə qədər dəhşətli olsa da, kişi rasionuna siçan əti və mamırları da əlavə edib. Bu bitkilər onun üçün yeganə vitamin mənbəyi qismində çıxış edib. Mənbələrin məlumatına əsasən, bu hal insanın yer altında qaldığı rekord müddətdir.

Lakin bir çox internet istifadəçiləri məlumatın həqiqətə uyğunluğundan şübhələniblər. Onlar guya xilas edilən mədənçinin fotolarının əslində Tokioda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinin anım mərasimi zamanı çəkildiyini aydınlaşdırmağa müvəffəq olublar.

Bununla belə dərhal əks-arqument tapılıb. Xilasetmə zamanı heç kəsin Çan Veyin fotosunu çəkmək ağlına gəlmədiyindən müxbirlər diqqət cəlbi üçün ələ keçən ilk fotonu götürüblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.